
Misirin “Aldiplomasy” portalında Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş Füzuli, Qubadlı və Laçın rayonlarına səfərindən bəhs edən material yerləşdirilib.
AZƏRTAC-a istinadla yayılan xəbərdə qeyd olunub ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında məlumat verib. Hikmət Hacıyev bildirib ki, Prezident İlham Əliyevin göstərişi əsasında diplomatik korpus nümayəndələrinin Azərbaycanın azad edilmiş Füzuli, Qubadlı və Laçın rayonlarına səfəri başlayıb. “Səfirlərə, beynəlxalq təşkilatların rəhbərlərinə və hərbi attaşelərə bu səfərdə bizə qoşulduqlarına görə minnətdarıq”, – deyə Prezidentin köməkçisini qeyd edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










