
Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusuna həsr edilən tədbir çərçivəsində İİB Qrupuna üzv olan 57 ölkə arasında iqtisadi əməkdaşlıq, davamlı inkişafın gücləndirilməsi istiqamətində müzakirələr aparılacaq.
İllik Yığıncaqda yüksəksəviyyəli dövlət rəsmiləri, üzv ölkələrin maliyyə, iqtisadiyyat, planlaşdırma, inkişaf və investisiya nazirləri, beynəlxalq və regional maliyyə institutlarının rəhbərləri, özəl sektor nümayəndələri, media təmsilçiləri iştirak edir.
Forum çərçivəsində təşkil olunacaq yüksəksəviyyəli dialoqlar, B2B və B2G formatlı görüşlər, startapların cəlb edildiyi proqramlar və bilik mübadiləsi sessiyaları vasitəsilə dövlət-özəl sektor tərəfdaşlığının möhkəmləndirilməsi, sahibkarlıq subyektlərinin və KOB-ların dəstəklənməsi, eləcə də üzv ölkələrin iqtisadiyyatlarında innovasiyayönümlü inkişafın təşviqi hədəflənir.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










