
2021-ci ilin fəaliyyət planına əsasən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimlərdə çıxış edənlər bu il Novruz bayramının qələbə əhval-ruhiyyəsində qeyd olunmasından, xalqımız və dövlətimiz tərəfindən Novruz bayramına verilən yüksək qiymətdən, yazın gəlişinin bütün ölkəmizdə sevinc, coşqu, təntənə ilə qeyd edilməsindən, Novruz ənənələrinin tarixindən, eləcə də qorunaraq gələcək nəsillərə ötürülən bu milli-mənəvi dəyərlərin tərbiyəvi əhəmiyyətindən söhbət açıblar.
Bayram münasibətilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edilib, şəhid və qazilərin ailələrinə baş çəkilib, onlara Ordu rəhbərliyinin təbrikləri çatdırılıb və bayram sovqatları təqdim olunub.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










