İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Niderland Krallığının Baş naziri Rob Yetten arasında telefon danışığı olub.
Bu barədə Prezidentin X sosial şəbəkə hesabında paylaşım edilib.
AZƏRTAC paylaşımı təqdim edir: “Bu gün Niderlandın Baş naziri Rob Yetten (@MinPres) mənə telefon zəngi etdi. Siyasi dialoqumuzu və iqtisadi əməkdaşlığımızı daha da dərinləşdirmək barədə razılığa gəldik. Biz, həmçinin regional proseslər ətrafında fikir mübadiləsi apardıq və mən Niderlandın bölgədə dayanıqlı sülhə və sabitliyə verdiyi dəstəyə görə məmnunluğumu bildirdim”.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










