
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hər il müxtəlif kimyəvi, bakteriya, virus, parazit və toksin kimi maddələrlə çirklənmiş qidaların istehlak edilməsi nəticəsində təxminən planetin 600 milyon sakinində qida zəhərlənmələri baş verir. Nəticədə Yer kürəsində hər 10 nəfərdən birinin tibbi müayinəyə ehtiyacı yaranır. Təəssüf ki, qida təhlükəsizliyinin mahiyyətini insanlar yalnız kiçik və ya irimiqyaslı qida zəhərlənmələri yaşadıqdan sonra anlayırlar. Ona görə də təhlükəsiz qida ilə qidalanmamaq nəticəsində mədə-bağırsaq infeksiyalarından tutmuş xərçəngə qədər 200-dən çox xəstəliyə yoluxma hallarına rast gəlinir.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı 2018-ci il dekabrın 20-də ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, dünyada ərzaq istehsalat-təchizat zəncirinin daha da mürəkkəbləşdiyi, qida məhsullarının təhlükəsizliyi ilə bağlı istənilən xoşagəlməz hadisələrin insanların sağlamlığına, ticarətə, ümumilikdə bütün dünya iqtisadiyyatına mənfi təsiri nəzərə alınaraq Ümumdünya Qida Təhlükəsizliyi Günü təsis edilməsi barədə qərar verib.
Ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması məqsədilə 2017-ci il fevralın 10-da Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. 2019-cu il aprelin 29-da isə Prezidentin Fərmanı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib.
Dövlət Proqramında qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması ilə rəqabətqabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması, kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrə, bitki mühafizəsi vasitələrinə və baytarlıq preparatlarına nəzarət tədbirlərinin gücləndirilməsi, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılması əsas məqsədlər kimi göstərilib.
















Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib











