İyulun 9-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən xarici ölkələrin səfirləri, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Şuşa şəhərinə gəliblər.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən təşkil olunan səfər çərçivəsində xarici diplomatlar bir sıra tarixi və dini-memarlıq abidələrini, o cümlədən Şuşa şəhər mərkəzi meydanını, Saatlı, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidlərini, Xan Qızı bulağını, Şuşa qala divarlarını, Pənahəli xanın sarayının qalıqları olan ərazini, Qazançı kilsəsi və digər məkanları ziyarət edəcəklər.
Qeyd edək ki, Şuşaya gəlməzdən əvvəl Füzuli rayonunda olan diplomatlar beynəlxalq hava limanının tikintisinin gedişi və “Füzuli” yarımstansiyasının fəaliyyəti ilə tanış olublar.
















Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub











