
Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə və Belçikalıların Kralı Flipə başsağlığı teleqramları göndərib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Almaniyada və Belçikada baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbərlərdən olduqca kədərləndiyini ifadə edib.
Prezidenti İlham Əliyev bu faciə ilə əlaqədar Frank-Valter Ştaynmayerə və Kral Flipə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına və Belçika xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.
















“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub











