
Qurban bayramı münasibətilə Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə təntənəli tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Birinci Qarabağ və Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Tədbirdə çıxış edən komandir heyəti hərbi qulluqçulara Qurban bayramı münasibətilə Ali Baş Komandanın və müdafiə nazirinin təbriklərini çatdırıb, onların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini vurğulayıblar.
Hərbi qulluqçuların iştirakı ilə keçirilən tədbirdə qurbanlar kəsilib, onlar üçün bayram süfrələri təşkil olunub.
Bayram mərasimi şəxsi heyətin şəhərdə təntənəli keçidi ilə sona çatıb.
















“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub











