Azərbaycanda fəaliyyət göstərən siyasi partiya rəhbərlərinin, habelə tanınmış politoloq və siyasi şərhçilərin oktyabrın 7-də Şuşa şəhərinə səfəri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə reallaşan siyasi dialoq çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən təşkil olunan bu cür səfərlər siyasətçilər arasında sağlam əməkdaşlıq münasibətlərinin formalaşması, eləcə də dayanıqlı dialoq ənənələrinin dərinləşməsinə xidmət edir. Azərbaycanla bağlı həqiqətlərin təbliğində, habelə davam edən informasiya müharibəsində çevik və adekvat tədbirlərin görülməsində siyasi partiyaların potensialının səfərbər olunması bu istiqamətdə aparılan işlərin səmərəliliyi üçün zəmin yaradır.
Qeyd edək ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə həyata keçirilən səfərdə ölkəmizdə fəaliyyət göstərən 43 siyasi partiyanın 55 nümayəndəsi ilə yanaşı, tanınmış politoloq və siyasi şərhçilər də iştirak edirlər.
Xatırladaq ki, partiya rəhbərlərinin və politoloqların ilk belə birgə səfəri bu il martın 17-də Ağdam şəhərinə təşkil olunub.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










