Moskva 8 erməni hərbi qulluqçunun Azərbaycan tərəfindən Ermənistana təhvil verilməsini alqışlayır.
AZƏRTAC xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O xatırladıb ki, 2020-ci il dekabrın 2-dən bəri rusiyalı sülhməramlıların vasitəçiliyi ilə ümumilikdə 146 nəfər – 127 nəfər Ermənistan, 19 nəfər Azərbaycan tərəfə qaytarılıb. “Sözsüz ki, biz itkin düşənlərin taleyinin aydınlaşdırılması üçün paralel səylər göstərilməsini vacib hesab edirik. Həm milli baxımdan, həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi bu məsələyə kömək göstərəcəyik”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi əlavə edib. O bildirib ki, Rusiya bunun üçün nə mümkündürsə edəcək. Çünki bu, prioritet məsələdir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
















“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub











