
İyunun 12-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Qran-Prinin qalibi “Red Bull Racing” komandasının və niderlandlı pilot Maks Ferstappenin şərəfinə Niderlandın və Avstriyanın Dövlət himnləri səsləndirilib.
Sonra qaliblərə kuboklar təqdim olunub.
Qran-Prinin qalibi Maks Ferstappenə kuboku Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqdim edib.
“Red Bull Racing” komandasının nümayəndəsinə kubok Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti, ralli üzrə keçmiş pilot Mohammad ben Sulayem tərəfindən təqdim olunub.
Qran-Pridə ikinci yeri tutan Serxio Peresə (“Red Bull Racing) kuboku Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, üçüncü pillədə qərarlaşan britaniyalı Corc Rasselə (“Mersedes”) isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim ediblər.
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisinin kuboku Şuşanın 270-ci ildönümünə həsr olunub. Zəngin irsimizin elementlərini özündə birləşdirən yarışın rəsmi mükafatı Azərbaycanın əzəli torpaqlarına – Şuşaya qovuşması və “Şuşa İli” münasibətilə şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhərağa məscidinin minarələrinin elementlərini əks etdirir. Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin kərpiclə hörülmüş səthini xatırladır. Milli naxış və elementlər yarışın saf gümüşdən hazırlanmış dörd kubokunun (pilotlar üçün 1, 2 və 3-cü yer kuboku və Konstruktorlar Kuboku) üzərində mövcuddur.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










