
Azərbaycanın paytaxtında IX Qlobal Bakı Forumu çərçivəsində “XXI əsrdə insan hüquqları, demokratiya və yeni çağırışlar” mövzusunda panel iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, panel iclasda “Vətəndaşların əhəmiyyətli hissəsinin nə üçün onilliklər qabaq bu qədər heyranlıq doğuran demokratik sistemlərdən açıq-aşkar uzaqlaşması baş verir?”, “İnsan iradəsi” marketinq strategiyaları”, “Saxta xəbərlər və qərəzli anlayış ilə istehsal oluna bilsəydi demokratiya nə qədər real olardı?”, “Qərarlar qəbul edən elita ilə səfərbər olunmuş ictimaiyyət arasında fərq artarsa, demokratiya nə qədər funksional olar?”, “Siyasi yadlaşma və apatiya artarsa, demokratiya nə qədər təmsilçi olar?”, “Siyasi müstəvidə belə meyillər fonunda hamı üçün fərdi insan hüquqlarını adekvat şəkildə necə qorumaq olar”, “Yeni, daha təmərküzləşmiş siyasi modellərin (məsələn, Çin və Sinqapur) heyranlıq və təsir qazandığı, Qərbin ənənəvi demokratiyalarının isə hətta öz dövlətlərində müxtəlif hərəkatlarla üz-üzə qaldığı şəraitdə yeni qlobal quruluşun əsas doktrinaları nəyi vurğulayır?” kimi suallar ətrafında fikir mübadiləsi aparılacaq.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










