Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və dəstəyi ilə bir qrup diaspor nümayəndəsi iyulun 26-da Şuşaya səfər edib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq!” layihəsi çərçivəsində beşinci dəfədir həyata keçirilən səfərdə 27 ölkədən 130 diaspor nümayəndəsi iştirak edir.
Səfər zamanı diaspor nümayəndələri mədəniyyət paytaxtımızın baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış Güllələnmiş heykəllərin nümayiş olunduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, Xan qızı bulağını, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidlərini və digər görməli yerləri ziyarət edəcək, postmüharibə dövründə qədim şəhərimizdə aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olacaqlar.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi 2021-ci ildə dörd dəfə (iyulun 27-də, avqustun 17-də, oktyabrın 9-da və dekabrın 2-də) diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərlərini təşkil edib.
“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq!” şüarı ilə reallaşan səfərlər Azərbaycan diaspor tarixinin ən mühüm tədbirlərindən sayılır.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










