Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, avqustun 17-də Azərbaycan təmsilçiləri oxatma, qılıncoynatma, üzgüçülük, kikboksinq, cüdo və qadın idman gimnastikası və 3×3 basketbol üzrə yarışlarda iştirak edəcəklər. Həmçinin bu gün karateçilərimiz Oyunlarda mübarizəyə başlayacaq.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarının ötən 12-ci yarış günündə Azərbaycan komandası medalların sayını 71-ə çatdırıb. Onlardan 22-si qızıl, 28-i gümüş, 21-i bürünc medallardır. Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədədir.
Oyunlarda Türkiyə 265 (106 qızıl, 89 gümüş, 70 bürünc), Özbəkistan 121 (43 qızıl, 30 gümüş, 48 bürünc) və İran 116 (37 qızıl, 35 gümüş, 44 bürünc) medalla ilk 3 pilləni tutublar.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










