“Ağlı olan ermənilər özlərinə yeni rəhbər seçməlidirlər”.
APA-nın məlumatına görə, bunu “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri,Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.
O qeyd edib ki, hazırkı Ermənistan hakimiyyəti erməniləri təzyiq altında saxlayır: “Biz nə edək ki, bəxtimizdə ermənilərlə qonşu olmaq var? Biz demirik ki, ermənilər Qarabağda yaşamasınlar. Biz deyirik ki, Azərbaycan qanunlarına, Konstitusiyasına, xalqımıza hörmət edərək yaşasınlar. Bu da bir həqiqətdir ki, ermənilərin heç də hamısı müharibə istəməyiblər. Ancaq orda onları bugünkü Ermənistan hakimiyyəti təzyiq altında saxlayır.
Çünki hazırkı Ermənistan rəhbərliyi cinayətkar və canidir, əlləri qana batıb. Ona görə də onlar Azərbaycan tərəfi ilə münasibət qurmaq, sülh, danışıq aparmaq istəyən erməniləri cəzalandırır. Bunu da ermənilər bilirlər”.
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











