
Noyabrın 6-dan 7-si səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-28 metrədək, 6-da səhər yarımadanın bəzi yerlərində arabir 30 metrədək güclənəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi ərazilərində intensivləşəcəyi ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° enəcək.
Noyabrın 5-i axşam şimal və qərb rayonlarından başlayaraq noyabrın 8-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı bildirilir. Qərb küləyi əsəcək, noyabrın 6-dan 7-si səhərədək arabir 15-20 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir 23-28 metrədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° enəcək. Çaylarda sululuğun artacağı ehtimal edilir.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










