
Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb.
Bu barədə Müdafiə Nazirliyindən AZƏRTAC-a məlumat verilib.
“Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 30-u saat 22:35-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil. Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda qeyd edib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










