
Fövqəladə Hallar Nazirliyi (FHN) həftəsonu su hövzələrinə üz tutan vətəndaşlara müraciət edib.
AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir: “Xəbər verildiyi kimi, bu gün və sabah ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti müşahidə olunacağı, bəzi yerlərdə temperaturun 41 dərəcəyə qalxacağı gözlənilir. Belə hava şəraitində, xüsusilə həftəsonları vətəndaşlar istirahət üçün kütləvi şəkildə su hövzələrinə üz tutur.
Lakin təəssüflə qeyd olunmalıdır ki, bəzi vətəndaşlar tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur.
Göstərilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi bir daha istirahət və sərinləmək məqsədilə su hövzələrinə üz tutan vətəndaşlara müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini xatırladır.
Yadda saxlamaq lazımdır ki, çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək, habelə çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır. Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq və hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











