Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Benyamin Netanyahunu İsrail Dövlətinin Baş naziri kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının təbrik məktubunda tarixən dostluq və qarşılıqlı anlaşma şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-İsrail münasibətlərinə xüsusi əhəmiyyət verildiyini vurğulayıb. Məktubda deyilir: “Ötən otuzillik dövr ərzində qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur. Ölkələrimiz arasında münasibətlərin təşəkkülündə və inkişafında Sizin xidmətləriniz böyükdür”.
Bu ilin noyabrında Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi barədə qərarın qəbul olunduğunu xatırladan Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, səfirliyimizin açılması Azərbaycan-İsrail münasibətlərinin inkişafına töhfə verəcək.
“Əminəm ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, – deyə məktubda qeyd olunub.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










