Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam etdirilir. Keçirilən tədbirlər zamanı Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Ordumuzun nəzarətinə keçib.
AZƏRTAC xəbər verir ki, bu sözləri bu gün keçirilən növbəti brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov söyləyib.
O əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dək hərbi təyinatlı avtomobil, 40-dan çox artilleriya qurğusu, 30-dan artıq 82 və 120 millimetrlik minaatan, 2 ədəd zenit-raket qurğusu, 6-dan çox “Martira” radioelektron mübarizə stansiyası və hərbi təyinatlı digər vasitələri zərərsizləşdirilib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










