
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda Zəfər Gününün üçüncü ildönümünə həsr olunan “Qələbə qaçışı” adlı xeyriyyə tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, “Qürurla irəli” şüarı ilə təşkil edilən qaçışda startdan öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən müharibəsində canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin qarşısından start götürən iştirakçılar 10 kilometr məsafəni qət edərək eyni məkanda finişə çatıblar.
Qaçışın nəticələrinə əsasən, nəzərdə tutulan məsafəni ilk qət edən Aleksandr Yatsenko olub. Toğrul Məmmədli ikinci, Bəxtiyar Əsgərli isə üçüncü yeri tutublar.
“Qələbə qaçışı”na gənclər və idman naziri Fərid Qayıbov, onun müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da qatılıblar.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










