
Ermənistanın baş naziri Nikol Paşinyan 2023-cü il noyabrın 24-də ictimaiyyətin suallarını cavablandırarkən, qayıdış hüququmuza növbəti dəfə xələl salmağa cəhd etmişdir. N.Paşinyan Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdış tələblərini müharibəyə hazırlıq kimi qiymətləndirmişdir. Qarabağda ermənilərin hüquqlarının müdafiəsi bəhanəsi altında Azərbaycanın ərazilərini işğal etmiş Ermənistanın baş naziri hər şeyi öz arşını ilə ölçür.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında əks olunub.
“Monoetniklik siyasəti yürüdən Ermənistandan fərqli olaraq, Azərbaycan dövləti və ictimaiyyəti etnik müxtəlifliyi ali dəyər hesab edir. Ermənistan hökuməti etnik müstəsnalıq kimi irqçi siyasətinə son qoymalı, birgəyaşayış və etnik müxtəliflik dəyərlərinə hörmət etməli və qovulmuş azərbaycanlıların Ermənistana təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmasına şərait yaratmalıdır”, – deyə bəyanatda qeyd edilib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










