Yanvarın 13-ü səhərdən 14-ü axşamadək Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, şimal-qərb küləyinin əsəcəyi, sürətinin yanvarın 13-ü səhərdən 14-dək saniyədə 15-20, arabir 23-25 metr olacağı, yanvarın 13-ü səhər və gündüz isə yarımadanın bəzi yerlərində arabir 30 metrədək güclənəcəyi proqnozlaşdırılır.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək, yanvarın 14-15-i gecə saatlarında 0-3° şaxta, gündüz 0-3° isti olacaq.
Yanvarın 12-si əsasən qərb rayonlarında, 12-si axşamdan 15-dək isə bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə – Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi aran, Lənkəran-Astarada yağıntıların intensiv olacağı ehtimal edilir.
Qərb küləyi əsəcək, sürəti 15-20 metr/saniyə olacaq, yanvarın 13-14-də bəzi yerlərdə arabir 23-25 metr/saniyəyədək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək. Yanvarın 14-15-də Aran rayonlarında gecə 3-8° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 10-15°, gündüz 2-7° şaxta olacağı bildirilir.
Yanvarın 14-15-də gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










