
TÜRKPA-nın Hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının 11-ci iclasının iştirakçıları martın 4-də Şəhidlər xiyabanını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, iclas iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib və məzarları üzərinə güllər düzüblər. Həmçinin “Əbədi məşəl” abidəsi ziyarət olunub.
Qonaqlar “Türk şəhidliyi” abidəsini də ziyarət edib, Azərbaycanın suverenliyi uğrunda mübarizədə canlarından keçmiş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə önünə tər güllər düzüblər.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










