
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin Belarus Respublikasına səfəri çərçivəsində iki ölkə arasında bir sıra istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan və Belarus Səhiyyə nazirlikləri arasında “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Belarus Respublikasının Səhiyyə nazirlikləri arasında 2024-2025-ci illər üçün əməkdaşlığa dair Proqram” (“Yol Xəritəsi”) imzalanıb.
Sənədi Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Belarusun səhiyyə naziri Aleksandr Hocayev imzalayıblar.
Səhiyyə sahəsində əməkdaşlığa dair “Yol Xəritəsi”ndə akademik və elmi mübadilə, tibbi kadrların hazırlanması, əczaçılıq sənayesi, səhiyyə sistemlərinin rəqəmsallaşdırılması kimi əməkdaşlıq istiqamətləri müəyyən edilib.
Eyni zamanda, sənəd tibbin onkologiya, transplantologiya, kardiologiya, neyrocərrahiyyə və s. sahələrində çalışan mütəxəssis və həkimlərlə təcrübə mübadiləsi və ixtisasartırma, eləcə də elmi-tədqiqat institutları və mərkəzləri ilə əməkdaşlıq istiqamətləri üzrə məlumat mübadiləsini özündə ehtiva edir.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










