
Albaniya Milli Akademiyasının xarici əlaqələr idarəsinin direktoru, tarix elmləri doktoru Dorian Koçinin müəllifliyi ilə “Azərbaycanda münaqişədən sonra yenidənqurma və bərpa işləri: siyasətçilər üçün araşdırma” adlı kitab nəşr olunub.
AZƏRTAC xəbər verir ki, kitabda münaqişənin tarixi, azad edilmiş ərazilərdə iqtisadiyyatın bərpası, investisiyalar və infrastrukturun yenidən qurulması strategiyaları, dövlət xidmətlərinin bərpa olunması, məcburi köçkünlərin doğma torpaqlarında məskunlaşması prosesi və reinteqrasiya siyasəti, azad edilmiş torpaqlarda minalardan təmizlənmə sahəsində çağırışlar və nailiyyətlər, mədəni və dini irsin bərpası, Qarabağdakı erməni icmasının inteqrasiyası üçün çağırış və perspektivlər, bu torpaqlarda yenidənqurma üçün Albaniyanın dəstəyi və mümkün töhfəsi və digər mövzular əksini tapıb.
Kitabın rəsmi və ictimai dairələr arasında yayılması, ayrıca təqdimatın keçirilməsi, ali təhsil ocaqları, beyin mərkəzləri və kitabxanalarda yerləşdirilməsi nəzərdə tutulur.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tirana
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











