
Parisdə UNESCO-nun mənzil-qərargahında Beynəlxalq Ana Dili Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Banqladeşin UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO-nun Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr edilmiş sərgi keçirilib.
Sərgidə Azərbaycanla, Paraqvay, Hindistan, Ukrayna, Lüksemburq, Rusiya, Peru, Çili, Nikaraqua, Cənubi Koreya və El Salvador kimi ölkələr iştirak edib.
Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin stendində Azərbaycan dili əlifbası, açıqcalar, müxtəlif kitablar, milli suvenirlər nümayiş olunub. Stendimizin ziyarətçilərinə ölkəmizin tarixi, mədəniyyəti, dili haqqında ətraflı məlumat verilib.
Sərgi konsert proqramı ilə davam edib. Azərbaycan milli rəqsi “Naz eləmə” təqdim olunub. Sərgi 25 fevraladək davam edəcək.
Xatırladaq ki, 1999-cu ildə UNESCO Baş Konfransı zamanı Banqladeşin təşəbbüsü ilə fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










