
Sinoptiklərin məlumatına əsasən, əlverişsiz hava şəraitinin fevralın 24-dək davam edəcəyi, ayrı-ayrı yerlərdə qar yağacağı, yollarda görmənin məhdudlaşacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib.
Bildirilib ki, hazırda qeyri-sabit hava şəraiti nisbətən sabitləşsə də, ötən gündən yağan qarın yaratdığı çətinliklər hələ də qalmaqdadır. Xüsusilə dağlıq və dağətəyi rayonlarda, eləcə də külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə yolun buz bağlaması sürüşmə ehtimalını artırır.
DYP əməkdaşları aidiyyəti qurumlarla birgə qarın yollarda yaratdığı fəsadların aradan qaldırılması, hərəkət iştirakçılarının təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görür.
Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən yolların buz bağlama ehtimalını unutmamağı, texniki-təhlükəsizlik baxımından yararsız, mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşrutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










