
Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, son yarış günündə kişilər və qadınlar arasında batut gimnastikası və tamblinq üzrə finallar təşkil olunacaq.
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvlərindən qadın sinxron cütlüklərin çıxışında Şəfiqə Hümbətova və Selcan Mahsudova, qarışıq sinxron cütlüklərdə Əli Niftəliyev və S.Mahsudova, kişi sinxron cütlüklərdə isə Ə.Niftəliyev və Nicat Mirzəyev həlledici mərhələdə bacarıqlarını nümayiş etdirəcəklər.
Tamblinq üzrə isə Adil Hacızadə və Tofiq Əliyev finalda medal qazanmağa çalışacaqlar.
Qeyd edək ki, ötən gün start götürən Dünya Kubokunda 15 ölkədən idmançılar iştirak edirlər.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










