
Aprelin 4-də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Azərbaycan Hərb Tarixi Muzeyində aprel döyüşlərinin 9-cu ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə dövlət qurumlarının nümayəndələri, hərbi qulluqçular, Aprel döyüşlərində sağlamlıqlarını itirən şəxslər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbirlər xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edənlər Aprel döyüşlərinin hərbi-siyasi və strateji əhəmiyyətindən danışıb, qazanılan qələbənin 2020-ci ildəki böyük Zəfərə aparan yolun əsas başlanğıcı olduğunu qeyd ediblər. Bu döyüşlərin Azərbaycan Ordusunun gücünü və xalqın dəstəyini bütün dünyaya nümayiş etdirdiyi diqqətə çatdırılıb. Döyüşlərdə Azərbaycan Ordusunun şücaəti, hərbi qulluqçularımızın fədakarlığı xüsusi vurğulanıb.
Bildirilib ki, 2016-cı ilin aprelində Azərbaycan Ordusu düşmən təxribatının qarşısını alaraq, işğal altındakı mühüm yüksəklikləri azad edib. Bununla da xalqımızın torpaqlarımızın tam azad ediləcəyinə olan inamını daha da artırıb.
Şəhidlərimizin xatirələrinin daim xalqımızın yaddaşında qalacağı xüsusi əminliklə qeyd olunub. Tədbirlərin bədii hissələrində vətənpərvərlik ruhunda mahnılar, şeirlər səsləndirilib.
Aprel döyüşlərinin 9-cu ildönümü ərəfəsində şəhidlərimizin məzarları ziyarət olunub, üzərilərinə gül dəstələri düzülərək xatirələri ehtiramla anılıb, ruhlarına dualar oxunub.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










