
“Biz Marşal İrs İnstitutu olaraq minatəmizləmə sahəsində ANAMA ilə əməkdaşlığımızdan çox qürur duyuruq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında institutun icraçı direktoru Elis Bekker deyib. O bildirib ki, iki qurum arasında əməkdaşlıqdan 20 il keçir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanda minaların aşkarlanmasının sürətləndirilməsinə kömək etmək üçün yüksək səviyyəli işlər görən 93 təlim keçmiş minaaxtaran itlərin bağışlanıb. Onun sözlərinə görə, ANAMA bu itləri çox yaxşı idarə edib.
“Bu itlər 17 milyon kvadratmetrdən çox ərazidə axtarış aparıb və bu, 15 mindən çox insana fayda verib. Biz əməkdaşlığımızı davam etdiririk. Təlimdə olan əlavə itlərimiz var ki, bu il Azərbaycana hədiyyə olunacaq. Gələn il daha çox it bağışlamaq planlarımız var. Beləliklə, gələn il bu vaxta qədər bu rəqəm 100-ə çatdırılacaq. Bu əməkdaşlığı davam etdirməkdən çox məmnunuq” – deyə Elis Bekker əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










