
Baş nazirin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqi Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə birgə baxış keçiriblər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Şahin Mustafayev və Fərzanə Sadiqi həyata keçirilən birgə infrastruktur layihələrinə, o cümlədən Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə birgə baxış keçiriblər.
Səfər zamanı Ağbənd körpüsünün 2026-cı ilin əvvəllərində istifadəyə verilməsi və onun istismarının asanlaşdırılması istiqamətində planlar nəzərdən keçirilib. Qərara alınıb ki, sərhəd körpüsünün tikintisi bu ilin noyabr ayınadək başa çatdırılsın və açılışa hazır olsun.
Eyni zamanda, İran ərazisində yerləşən sərhəd terminalının müvəqqəti istismarı üçün zəruri tədbirlərin görülməsi və terminalın 2026-cı ilə qədər tam istifadəyə verilməsi razılaşdırılıb.
Bundan əlavə, bu ilin sonuna kimi həm yük, həm də minik avtomobillərin hərəkətinin bərpa olunması planlaşdırılır.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










