
Kiyevdə, “Mıstetski Arsenal” (“İncəsənət Arsenalı”) milli mədəni-bədii və muzey kompleksində Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın Ukrayna dilinə tərcümə olunmuş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimatda Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları, Ukrayna ədəbi mühitinin simaları, ictimai xadimlər və Azərbaycanın diaspor fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə kitabı Ukrayna dilinə tərcümə edən ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri namizədi Dmitri Drozdovski bildirib ki, Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın Ukrayna dilinə tərcümə olunmuş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabının təqdimatının beynəlxalq kitab forumu çərçivəsində keçirilməsi olduqca mühüm hadisədir. Bu, Ukraynanın çətin zamanında sözə, Heydər Əliyev şəxsiyyətinə sevginin təcəssümüdür.
Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Sabir Rzayev qeyd edib ki, Elmira Axundova Ulu Öndər Heydər Əliyev və xanımı görkəmli oftalmoloq alim Zərifə Əliyeva haqqında qələmə alınmış, tutarlı fakt və materialları özündə əks etdirən kitabların müəllifi kimi tanınır. “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabında xalqımızın tarixində müstəsna yeri olan iki parlaq şəxsiyyətin – Zərifə və Heydər Əliyevlərin boya-başa çatdıqları ailələrindən, uşaqlıq və gənclik illərindən, həyatın bütün çətinliklərinə birgə sinə gərməyə kömək edən əbədiyaşar məhəbbətlərindən söhbət açılır. Bu, ukraynalı kitabsevərlərə böyük töhfədir.
Daha sonra Xalq yazıçısı, kitabın müəllifi Elmira Axundova videoçıxışında layihədə zəhməti olanlara təşəkkürünü bildirib.
“Müharibə şəraitində belə bir kitab təqdimatı etdiyiniz üçün səfirliyimizə, diasporumuza təşəkkürümü bildirirəm. Ukrayna müharibə şəraitindədir. Buna baxmayaraq, ölkədə sözə, kitaba, ədəbiyyata sevgi azalmayıb. Bu da onu bir daha sübut edir ki, söz, ədəbiyyat millətləri birləşdirir. Şadam ki, Ukraynada bir neçə kitabım işıq üzü görüb”, deyə Elmira Axundova əlavə edib.
Professor Fərhad Turanlı, İrpen şəhər Meriyasının Mədəniyyət, Millətlər və dinlər şöbəsinin müdiri Yevgeniya Antonyuk kitabın əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı artıq 5 dildə – Azərbaycan, rus, qazax, özbək və Ukrayna dillərində nəşr edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










