Fransa Senatının və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Natali Qule ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan tarixi Birgə Bəyannaməni yüksək qiymətləndirib.
AZƏRTAC xəbər verir ki, senator sosial şəbəkə hesabında üçtərəfli görüşlə bağlı paylaşım edib.
Paylaşımda qeyd olunub ki, Azərbaycan və Ermənistan liderlərinin imzası ilə yazılan bu tarixi səhifə regionda yeni dövrün başlanğıcıdır. “Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın iştirakı ilə yazdığı tarixi səhifədən olduqca məmnunam. Əgər Fransa siyasətçilərinin 99,99 faizi kor-koranə şəkildə erməni lobbisini izləməsəydi, Fransa sülh prosesində instrumental rol oynaya bilərdi. Təəssüf ki, Fransa kəskin balanssız mövqe sərgilədi və indi prosesin kənarında qaldı. Ümid edirəm ki, Fransa tezliklə Azərbaycanla yaxşı münasibətləri bərpa edəcək. Tarixin doğru tərəfində olduğum üçün qürur duyuram”, – deyə Natali Qule vurğulayıb.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










