
Milli Məclisin sədri Sahibə Qafarova Malayziyanın Baş naziri Ənvər İbrahim ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Baş nazir Ənvər İbrahim görüşdə çıxış edərək Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA) 46-cı Baş Assambleyasının əhəmiyyətini diqqətə çatdırıb. O, həmçinin tədbirdə iştirakına görə Milli Məclisin sədrinə təşəkkürünü ifadə edib.
Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.
Söhbət zamanı Ə.İbrahim Azərbaycanın dinamik inkişafını izlədiklərini söyləyib, Azərbaycanın əldə etdiyi uğurların, xüsusən iqtisadi tərəqqinin, beynəlxalq nüfuzunun artmasının Malayziyanı sevindirdiyini bildirib.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanla Malayziya arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin əhəmiyyətini qeyd edib. Ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub.
Görüşdə parlamentlərimiz arasında əməkdaşlıq məsələləri haqqında fikir mübadiləsi aparılıb. Qarşılıqlı səfərlər, parlament üzvlərinin birgə fəaliyyəti ilə yanaşı, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Parlamentlərarası İttifaq, İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, Asiya Parlament Assambleyası kimi təşkilatlar çərçivəsində müsbət əməkdaşlıq da xüsusi vurğulanıb.
Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən layihələr, keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarılması istiqamətində görülən işlər haqqında məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










