Bank kartları vasitəsilə dələduzluq halları, saxta zənglər və hesab məlumatlarının ələ keçirilməsi cəhdləri var. Fırıldaqçılar adətən özlərini bank əməkdaşı kimi təqdim edir, kart məlumatlarını və SMS-lə göndərilən təsdiq kodlarını ələ keçirməyə çalışırlar.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Unutmayın ki, heç bir bank əməkdaşı sizdən PIN-kod, CVV, SMS təsdiq kodu və ya şəxsi məlumatlar istəmir. Əgər kart hesabınızda şübhəli əməliyyatlar, icazəsiz çıxarışlar, pul köçürmələri müşahidə etmisinizsə, dərhal 102 Zəng Mərkəzinə məlumat verin. Hər hansı şübhəli zəng, mesaj və ya keçid (link) aldığınız zaman reaksiya verməyin, heç bir məlumat paylaşmayın və dərhal polisə müraciət edin.
“Tövsiyəmiz ondan ibarətdir ki, kart əməliyyatlarınızı mütəmadi olaraq yoxlayın, mobil tətbiqlərdə “bildiriş” funksiyasını aktiv saxlayın, rəsmi olmayan sayt və keçidlərə daxil olmayın, şübhəli hallarda yalnız bankın rəsmi nömrəsi ilə əlaqə saxlayın”, – məlumatda qeyd edilib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










