İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclərin (Böyük qayıdış I planının layihəsi) 2026-2029-cu illərdə 13,5 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bunun da əsaslı xərclərdə xüsusi çəkisi 23,5 faizdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
2024-cü ildə də işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması davam etdirilib. Ümumilikdə 2020-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,3 milyard manat vəsait ayrılıb, 2025-ci ildə bu məqsədə 4,3 milyard manat vəsait nəzərdə tutulub.
Ortamüddətli dövrdə bölgədə yaşayış və qeyri-yaşayış komplekslərinin inşası davam etdiriləcək, bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək, bərpaolunan enerji mənbələrindən istifadə genişləndiriləcək, iqtisadi fəaliyyətin təşviqi ilə bağlı tədbirlər davam etdiriləcək.
2027-2030-cu illəri əhatə edəcək “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması çərçivəsində Proqram üzrə həyata keçiriləcək tədbirlər və onların maliyyə tutumu dəqiqləşdiriləcək.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










