AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: yenidən qurulan Cəbrayıl.
Azərbaycanın cənub-qərbində yerləşən Cəbrayılda bu gün həyat yenidən qaynayır. İllərlə həsrət qaldığı sakinlərini qucaqlayan bu diyar təbiətin gözəlliyi və bərpaolunan yaşayış məntəqələri ilə sanki yenidən doğulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yamacları bürüyən sarı, narıncı və qızılı çalarlar bu torpağın təbiətini rənglənən bir tabloya çevirir. Dağın ətəklərindəki meşəliklər, başı buludlara dəyən çinarlar, yeni salınan abad yollar səyyahlar və təbiətsevərlər üçün əsl cənnətdir. Burada payız həm təbiətin sakitliyini, həm də yenidən qurulan həyatın səsini daşıyır. Cəbrayıl sakinləri doğma torpaqlarına dönür, yeni evlər salınır, yollar çəkilir, məktəblər tikilir. Hər bir məskunlaşma nöqtəsi həm tarixlə, həm də müasirliklə qovuşur. Bu yerlərdə gəzərkən yalnız təbiətin deyil, insanların ümidlərinin də dirçəlişini hiss edirsən.
Təbiət mənzərələri, təmiz hava, dağ bulaqları, qədim tarixə malik kəndlər Cəbrayılı ekoturizm və mədəni irs turizmi üçün gələcəyin əsas mərkəzlərindən birinə çevirir. Bu gün Cəbrayıl təkcə bərpa olunan şəhər deyil, xalqın qürurunun, dözümünün və Vətən sevgisinin canlı təcəssümüdür. Buraya gələn hər kəs bu torpağın ruhunu hiss edir.
https://video.azertag.az/site/video/278495
23.10.2025, Aydın Yavərzadə, AZƏRTAC




























Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub











