Şərqi Zəngəzurda “Böyük Qayıdış” Dövlət Proqramının əsas ünvanlarından biri olan Zəngilan şəhəri yeni inkişaf mərhələsinə qədəm qoyub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğaldan azad olunmuş ərazilərdə müasir şəhərsalma konsepsiyası əsasında inşa edilən yeni yaşayış kompleksi keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etməklə yanaşı, bölgənin sosial-iqtisadi dirçəlişinin də rəmzinə çevrilib. Müasir yaşayış binaları, geniş abadlıq işləri, yaradılan sosial infrastruktur və rahat həyat şəraiti Zəngilanın yeni simasını formalaşdırır.
Təqdim olunan videoçarxda yeni yaşayış kompleksinin tikintisinin müxtəlif mərhələləri, görülən genişmiqyaslı işlər və Böyük Qayıdışın Zəngilanda yazdığı tarix öz əksini tapır.
Zəngilan, 30.06.2026, AZƏRTAC
Müxbir-Aydın Yavərzadə

























Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











