
“Euronews Academy” beynəlxalq tədris proqramı çərçivəsində noyabrın 11-dən 14-dək davam edən növbəti təlim modulu bu gün yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, Medianın İnkişafı Agentliyi və Avropanın nüfuzlu media qurumlarından biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində iştirakçılar dörd gün ərzində televiziya jurnalistikasının müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki biliklər əldə ediblər.
Təlim proqramının son günündə “Müsahibə” mövzusunda sessiya keçən “Euronews”un Avropa İttifaqı üzrə baş müxbiri Sergio Kantone müsahibənin strukturu, sualların düzgün formalaşdırılması, süjetin montaj olunma qaydaları barədə ətraflı məlumat verib. Bununla yanaşı, sualvermə texnikası, diqqətli dinləmə, mövzuya çevik reaksiya və efir davranışı kimi bacarıqlar haqqında fikir mübadiləsi aparılıb.
Dörd gün ərzində televiziya reportajları və canlı yayım, xəbər istehsalı, kamera qarşısında çıxış kimi mövzular üzrə keçirilən təlimləri “Euronews” telekanalının peşəkar mütəxəssisləri – “Euronews”un Astana bürosunun rəhbəri Bojan Brkiç, “Euronews”un Avropa İttifaqı üzrə baş müxbiri Sergio Kantone aparıb.
Qeyd edək ki, kursu uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunub.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










