
Azərbaycanda “Peşələr üzrə elektron atlas” informasiya sistemi yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.
Tədbirlər Planına əsasən, layihənin əsas icraçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçı qurum isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. 2026–2029-cu illər ərzində “Peşələr üzrə elektron atlas”ın məzmunu və strukturu ilə bağlı beynəlxalq təcrübə öyrəniləcək və bunun əsasında müvafiq informasiya sistemi yaradılacaq.
Sənədə əsasən, elektron atlas istifadəyə verildikdən sonra təhsil, peşə təlimi və əmək bazarı iştirakçıları arasında məlumatlandırma tədbirləri həyata keçiriləcək. Eyni zamanda, informasiya sistemi peşələrin siyahısı və məzmununda baş verən dəyişikliklərə uyğun olaraq mütəmadi yenilənəcək.
Yeni informasiya sisteminin əsas məqsədlərindən biri işsiz və işaxtaran şəxslərin əmək bazarında mövcud peşələr barədə məlumatlılığını, bilik və bacarıqlarını artırmaq, onların əmək bazarına inteqrasiyasını gücləndirmək və uyğun karyera imkanlarını genişləndirməkdir.
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











