
Azərbaycanın İqtisadi Şuranın və ümumilikdə MDB ölkələrinin iqtisadiyyatının fəaliyyətində iştirakı təkcə genişlənmir və möhkəmlənmir, həm də mühüm nəticələr verir.
Bunu AZƏRTAC-a müsahibəsində MDB İcraiyyə Komitəsinin iqtisadi əməkdaşlıq departamentinin direktoru Mixail Mıskin söyləyib.
Onun sözlərinə görə, bu il, Tacikistan Respublikasının MDB-yə sədrlik etməsinə baxmayaraq, Bakıda yüksəksəviyyəli çox sayda tədbir keçirilib. O, xüsusilə böyük və mühüm tədbir olan Dəmir yolu administrasiyaları rəhbərləri Şurasının iclasını, eləcə də Statistika xidmətləri rəhbərləri Forumunu qeyd edib. Forum birinci şəxslərin iştirakı ilə yüksək səviyyədə təşkil olunub.
“Azərbaycan MDB ölkələri ilə əməkdaşlığa maraq göstərir və respublikada iqtisadiyyatın müxtəlif sahələrində toplanmış təcrübə və kompetensiyaları bölüşməyə can atır. Bu, çox sevindiricidir və ümid edirik ki, Azərbaycanın MDB ölkələri ilə əməkdaşlığı gələcəkdə daha da möhkəmlənəcək”, – deyə Mıskin vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










