
Məşhur “New York Post” nəşri Heydər Əliyev Mərkəzinin beynəlxalq incəsənət mərkəzinə çevrilməsindən bəhs edib.
AZƏRTAC xəbər verir ki, nəşr yazır: “Bakının memarlıq rəmzi və qeyri-adi binasına qədəm qoyan ziyarətçilər üçün mesaj aydındır: bura beynəlxalq mədəniyyət mərkəzi kimi ciddi qəbul edilməli olan bir şəhərdir. Bakı beynəlxalq rəqabətli mədəniyyət mərkəzi olması ilə fəxr edə bilər”.
“New York Post” bu əsnada son dövrlərdə beynəlxalq incəsənət layihələri-Amerikanın hiperrealist heykəltaraşı Kerol Förmen, məşhur britaniyalı və avstraliyalı heykəltaraşlar Cili və Mark Şatner, kolumbiyalı rəssam-heykəltaraş, insanları və heyvanları, eləcə də müxtəlif fiqurları nəhəng ölçüdə canlandıran Fernando Boteronun Heydər Əliyev Mərkəzində təqdim olunan sərgilərini xüsusilə vurğulayır.
“Əlamətdar haldır ki, Mərkəzdə ilk böyük incəsənət layihəsi 2013-cü ildə Endi Vorholun “Həyat, ölüm və gözəllik” sərgisi olub. Bakı Avropa və Asiya arasında mədəni körpüdür. Beynəlxalq kuratorlar, rəssamlar və incəsənət xadimləri Bakını öz sənət marşrutlarına daxil edir. Bütün bu transformasiyanın mərkəzində isə bina olmaqdan da daha əhəmiyyətli rolu olan miqyaslı memarlıq layihəsi – Heydər Əliyev Mərkəzi dayanır”, – deyə “Nyu York Post”un məqaləsində qeyd olunur.
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











