
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.
Ali Məclisin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, komitə sədri Əjdər Əliyev iclasın gündəliyinin birinci oxunuşda qəbul edilən “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası qanunlarının layihələrinin müzakirəsi olduğunu deyib.
Gündəlik təsdiq olunduqdan sonra birinci məsələ ilə əlaqədar məlumat verilib, qanun layihəsinin Ali Məclisin plenar iclasında ikinci oxunuşda müzakirəsinə təqdim olunması ilə bağlı qərar qəbul edilib.
İclasda gündəlikdə duran ikinci məsələ ilə bağlı Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdir müavini, müdir vəzifələrini müvəqqəti icra edən Tofiq Rəcəbli məlumat verib.
Sonda “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi Ali Məclisin plenar iclasının müzakirəsinə təqdim olunub.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










