
Qazaxıstanın Mangistau vilayətində Mərkəzi Asiyada ilk dəniz akvakulturası layihəsi həyata keçirilir.
AZƏRTAC Mangistau vilayətinin icra hakiminin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu, Xəzər dənizi akvatoriyasında, Kurık limanından 20 kilometr məsafədə yerləşən Mərkəzi Asiyada ilk dəniz balıqyetişdirmə fermasıdır.
Tor qəfəslərə 6 min kiloqram, yəni təxminən 30 min ədəd körpə forel balığı buraxılıb. Layihənin operatoru olan “Organic Fish” Məhdud Məsuliyyətli Cəmiyyəti bundan əvvəl dəniz qəfəslərinə 30 min ədəd körpə forel buraxılmasını həyata keçirib.
Ferma cari ildə istismara verilmiş ilk iri obyektlərdən biridir. Orta Xəzər akvatoriyasında diametri 120 metr, dərinliyi 25 metr olan Norveç istehsalı tor qəfəslər quraşdırılıb. Xəzər dənizinin təmiz suları, sabit təbii axınlar və əlverişli ekoloji şərait forelin yetişdirilməsi üçün unikal imkanlar yaradır.
Fermanın balıqla təmin olunması işləri mərhələli şəkildə həyata keçirilir. Ümumilikdə ilin sonunadək tor qəfəslərə 20 tonadək forelin buraxılması planlaşdırılır. Şirkətin planlarına əsasən, 2026-cı ildə istehsal həcmi 300 tona, 2029-cu ilədək isə ildə 5 min tona çatdırılacaq.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










