
Naxçıvan Dövlət Universitetinin (NDU) İncəsənət fakültəsində tanınmış miniatür ustası Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş “Miniatür sərgisi” təşkil olunub.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sərginin açılışında NDU-nun rektoru Elbrus İsayev və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı iştirak edərək sərgi ilə bağlı fikirlərini bölüşüblər.
Qeyd olunub ki, bu sərgi gənc nəslin klassik miniatür sənətinə marağını artırmaqla yanaşı, milli təsviri sənət irsinin tədris mühitində yaşadılmasına da töhfə verir.
İlk dəfə keçirilən miniatür sərgisində saray həyatı, məclislər, təbiət və tarixi səhnələrə dair ümumilikdə 50 miniatür işi nümayiş olunub.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










