Dağlarında axdı sular xumar-xumar,
Gəzdi sözün, şan-şöhrətin diyar-diyar.
Çəmənlərin şəfəq əmdi hər ilk bahar
Lalələrin yanağından Azərbaycan.
Ayna üzlü göy göllərin dərin-dərin,
Daşdan süzən bulaqların sərin-sərin,
Sən gülüsən, gülşənisən ölkələrin.
Qoy bir öpüm torpağından, Azərbaycan.
Ötüb keçir gur çayların çapa-çapa,
Xırman üstü dərz tayların topa-topa,
Həyatından min il keçə, min daş qopa
Ayrılmaram qucağından, Azərbaycan!
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










