
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkəmizlə şirkət arasında 2010-cu ildən bəri həyata keçirilən uğurlu tərəfdaşlığa toxunuldu, əlaqələrin mövcud vəziyyəti müzakirə olundu.
Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri üzrə ölkəmizlə “The Goldman Sachs Group Inc.” arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə “The Goldman Sachs Group Inc.” şirkətinin uğurlu tərəfdaşlığının əhəmiyyəti vurğulandı.
Qeyd edək ki, mənzil-qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən “The Goldman Sachs Group Inc.” 1869-cu ildə təsis edilib. Şirkət investisiya və istehlak bankçılığı, qiymətli kağızlar, aktivlərin idarə edilməsi sahələrində çalışan dünyanın aparıcı qlobal maliyyə institutlarından biridir və hazırda 40-dan çox ölkədə fəaliyyət göstərir. O, müxtəlif siniflər üzrə 2,8 trilyon ABŞ dolları dəyərində aktivləri idarə edir.
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











