
Əgər həyatda olsaydı… 91 yaşını qeyd edəcəkdik.
Bu gün Arxeoloq İlyas Babayevin dünyaya göz açdığı gündən düz 91 il keçir. Alim 8 ildən artıqdır ki, həyatda yoxdur. O 2017-ci ilin 27 dekabrında dünyasını dəyişib.
Bütün bunlar rəqəmlərdir. Rəqəmlərsə yalnız konkretlikdən xəbər verə bilər. Həyatın ”mühasibat uçotu” isə adətən rəqəmlərin çərçivəsinə sığacaq qədər çılız olmur. Hətta əsasən elmə, araşdırmalara həsr edilmiş, həyatın dadını çıxarmağa adətkərdə olan insanlar üçün darıxdırıcı sayıla biləcək alim ömründə də rəqəmlərin dilinə “tərcümə” edilməsi mümkünsüz nəsnələr çox olur …
Dogrudur, hətta kifayət qədər uzun ömrün payına da dövrün ən yaddaqalan hadisəsi düşməyə bilər.
Kollektivləşmə zamanı, Quba rayonunun Xanəgah kəndində anadan olmuş İlyas Babayev tez-tez İkinci Dünya müharibəsi adlandırılan Böyük Vətən müharibəsi illərində yaşadı, “sosializm”i də, “inkişaf etmiş sosializm”i də gördü, Azərbaycanın müstəqilliyə qovuşmasını da. Amma Qarabağın azad olduğunu, Bayrağımızın Şuşada, Xankəndidə dalğalandığını görə bilmədi…
İlyas müəllimin ömür payına düşməyən olaylar sırasında Xanəgahda, Caqacuqçay üzərindən salınmış körpünün açılması da var, COVİD – 19 pandemiyası da. Əgər körpümüzün açılmasını görsəydi çox, lap çox sevinəcəkdi… Pandemiyanı yaşasaydı çox məyus olacaqdı… Əlbəttə, ilk növbədə uzun müddət işə gedə bilməyəcəyinə görə.
Bu insan həyatıdır. Min illərin çoxçalarlı təcrübə xəzinəsi sübut edir ki, həyatını təkcə özü, ya da doğmaları üçün yaşamayan , var qüvvəsi ilə toplum üçün faydalı olmağa çalışan insanların ömrü bitəndən sonra da davam edir. Müəllim İlyas Babayev belə bir mənalı ömür yaşaya bildi.
Böyük qardaşım Faiq Babayevin ötən ilin martında yazdığı “İlyas müəllim!” adlı şeirin son bəndi belədir:
Zəhmətdən usanmadı,
Var-dövlət qazanmadı,
Əbədi yaddaşlarda,
Qaldl İlyas müəllim!
Mən də belə düşünürəm. ALLAH bütün keçənlərimizə rəhmət eləsin!
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











