
Rusiya ordusunun Kiyev şəhərini ballistik raketlərlə vurması nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər də raket zərbələrinə məruz qalıb.
AZƏRTAC səfirlik binasına yaxın ərazilərdə baş verən dağıntıların fotolarını təqdim edir.
Zərbələrin əsas hədəfi “Lukyanovka” metrostansiyasının ətrafı olub. Stansiyanın giriş hissəsi dağılıb.
Ətrafdakı yaşayış binalarına da ziyan dəyib, avtomobillər yanıb.
Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, hava hücumu zamanı 1 nəfər həlak olub, 7 nəfər yaralanıb.
04:26
Rusiya ordusunun Kiyev şəhərini ballistik raketlərlə vurması nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər də raket zərbələrinə məruz qalıb.
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, səfiriyin inzibati binasından 200-250 metr məsafədə dağıntı və yanğın baş verib.
Səfirlik binasına ziyan dəyməsi ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur.
Kiyev şəhər meri Vitali Kliçko isə bildirib ki, raket zərbələri nəticəsində iki nəfər yaralanıb. Hər iki mülki şəxs xəstəxanaya yerləşdirilib.
Dağıntılar nəticəsində xəsarət alanların sayının artacağı ehtimal edilir.
03:58
İyulun 19-na keçən gecədən başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərini ballistik raketlərlə vurur.
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, şəhərdə güclü partlayış səsləri eşidilir.
Kiyev şəhər meri Vitali Kliçko bildirib ki, paytaxtın bir sıra rayonlarında mülki infrastrukturda dağıntılar qeydə alınıb.
Lukyanovka metrostansiyasının ətrafında yaşayış binalarında da yağınlar baş verib.
Yerli monitorinq qruplarının yaydığı məlumata görə, Kiyevə qarşı indiyə qədər ən güclü ballistik raket hücumu qeydə alınıb.
Bir saata yaxın müddətdə paytaxta təxminən 40-dan artıq raket atılıb.
Raket zərbələri hələ də davam edir.
02:57
İyulun 19-na keçən gecədən başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərini ballistik raketlərlə vurur.
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, şəhərdə güclü partlayış səsləri eşidilir.
Kiyev şəhər meri Vitali Kliçkon bildirib ki, hücum nəticəsində Kiyevin Desnyanisk və Şevçenko rayonlarında dağıntılar qeydə alınıb.
Hazırda xilasedicilər hücumun fəsadlarının aradan qaldırılması istiqamətində işləri davam etdirirlər. Zərərçəkənlərin sayı ilə bağlı məlumatlar dəqiqləşdirilir.
Motorinq qrupunun yaydığı məlumata görə, Kiyevə 10-dan artıq raket atılıb.
Hazırda da hava zərbələri davam edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











